USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmək Məcəlləsinə dəyişiklik

06.09.2019 İqtisadiyyat
0 0
Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış, "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə "Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə "Ailə vəzifələri olan işçi" anlayışı "himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi" kimi təqdim edilir.

Bununla paralel olaraq Əmək Məcəlləsinin "Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi" adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı "ailə vəzifələri" amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir. (Yenisabah)

  • Əvvəlki

    Dünya bazarlarında təbii qaz ucuzlaşıb

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0