"Azərbaycan Qazaxıstanın Nur-Sultan şəhərində oktyabrın ortalarında Ticarət Evinin açılmasını planlaşdırır".
"Kommersant.az" xəbər verir ki, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Nur-Sultan şəhərində açılacaq Ticarət Evinin açılış tarixi sözügedən ölkədə keçirilən dövlət tədbirləri ilə əlaqədar olaraq oktyabr ayına təxirə salınıb.
Bildirək ki, Qazaxıstanda Ticarət Evinin açılması bu ilin sentyabrında nəzərdə tutulurdu.
Xatırladaq ki, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 7 ölkədə - Belarus, Latviya, Polşa, Rusiya, Çin (Lucou şəhərində), BƏƏ və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb. (Report.az)