USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qlobal fondların aldığı qızılın həcmi 3 min tona yaxınlaşır

07.09.2019 İqtisadiyyat
0 0
Artan geosiyasi risklər fonunda qlobal fondlar qızıl almaqda davam edir.

Bu barədə Ümumdünya Qızıl Şurası məlumat yayıb.

Məlumatda deyilir ki, təkcə bu ilin avqust ayında qlobal fondlar bu qiymətli metala təxminən 6 milyard ABŞ dolları məbləğində investisiya edib. Son nəticədə onların sərəncamında olan qızılın həcmi 122 ton artaraq və yaxud 4,7% artaraq 2 733 tona çatıb. İlin əvvəlinə nisbətən artım isə 10,4% təşkil edir.

Xatırladaq ki, qızıla investisiyaların indiki həddi sonuncu dəfə 2012-ci ildə qeydə alınıb. Bu dəfəki sürətli yatırımlar isə mərkəzi bankların faizləri azaltması, ABŞ və Çin arasında ticarət müharibəsinin yenidən qızışması və bunların yaratdığı qeyri-müəyyənlik fonunda baş verir.

Bu il qızıla ən çox investisiyanı ABŞ fondları yatırıb. Onlar 2019-cu ildə 7,4 milyard dollar dəyərində 76 ton qızıl alıb. İlin əvvəlindən Böyük Britaniya qızıl ehtiyatlarını 22 ton, Çin 10 ton, Almaniya isə 6 ton artırıb.

Qeyd edək ki, dünya bazarında qızılın qiyməti bu ilin əvvəlindən 18% artıb. Təkcə avqust ayında isə bahalaşmaq 7,7% olub. Hazırda əmtəə birjalarında 1 unsiya qızılın qiyməti 1 500 dollar ətrafında dəyişir. (Report.az)