USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan elektrik enerjisi istehsalını artıra bilər

09.09.2019 İqtisadiyyat
0 0
Azərbaycanda 2020-ci ildə elektrik enerjisinin istehsalı 27,5-28 mlrd. kVt-saatadək artırıla bilər.

Bu barədə "APA-Economics" apardığı hesablamalara əsasən xəbər verir.

Hesablamalar zamanı ötən il ölkədə istehsal edilən elektrik enerjisinin həcmi, bu il istehsalda müşahidə edilən artım templəri və cari ilin sentyabr ayında istismara verilən "Şimal-2" elektrik enerjisinin istehsal gücü nəzərə alınıb.

Qeyd edək ki, 2018-ci ildə ölkədə 23 243,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib. "Şimal-2" elektrik stansiyası il ərzində 3,2 milyard kVt-saat elektrik enerji istehsal edəcəyini və bu il ölkədə istehsal edilən elektrik enerjinin aylıq göstəricilərini nəzərə alaraq (ortalama 5% artım) gələn il Azərbaycanda 27,5-28 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilə bilər.

Xatırladaq ki, "Şimal" elektrik stansiyası 57,4% faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 mlrd. kVt-saat elektrik enerji istehsal edəcək və hər bir kVt-saat elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerji sisteminin ümumi göstəricisindən 65 qram azdır.

Hazırda ən yüksək faydalı iş əmsalına malik olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20%, Bakı və Abşeron yarımadası üzrə 40-50% təşkil edəcək. "Şimal" elektrik stansiyası enerji sisteminin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 mln. kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20% azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 mln. kVt-saat elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq.

  • Əvvəlki

    Azərbaycanda gələn ildən Ani Ödəniş Sistemi tətbiq olunacaq

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0