USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Pertamina” şirkətinin nümayəndə heyəti Energetika Nazirliyində olub

01.06.2018 İqtisadiyyat
0 0
Energetika Nazirliyində energetika naziri Pərviz Şahbazovla İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Bu barədə "Kommersant.Az"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə "SOCAR Trading" ilə "Pertamina" şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İki ölkənin müvafiq şirkətlərinin neft hasilatı, satışı və emalı sahələrində gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində "Azərbaycan Respublikasının Energetika Nazirliyi və İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Anlaşma Memorandumu hər iki tərəfdən razılaşdırılıb və imzalanmaya hazırdır. Energetika naziri Pərviz Şahbazov Energetika Nazirliyinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafına hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan xam neft satışına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır. SOCAR İndoneziya istiqamətində xam neft ixracını 2007-ci ildən həyata keçirir.