Bu gün “Bakı Metropoliteni”nin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
"Finans.az" "Xətai" stansiyasının təmirə bağlanmasından sonra ona çəkilmiş xərcləri araşdırıb.
Belə ki, "Xətai" stansiyasında (maşın zalında, inzibati və s otaqlarda) kondisioner sisteminin quraşdırılması 233 576 manata, stansiyanın maili tunelində köhnə çətirin sökülməsi və yenisinin quraşdırılması 595 495 manata, metro tipli qapıların və paslanmayan metaldan müxtəlif təyinatlı metal-konstruksiyaların (maneələr, tavan, döşəmə, növbətçi üçün köşk və s.) quraşdırılması 268 741 manata, aliminium qapı, pəncərə, vitraj və s quraşdırılması 139 817 manata, stansiyanın girişində günlüyün ( kozeroqun) quraşdırılması 135 990 manata, stansiyada (maşın zalında, yarımstansiyada, inzibati və s otaqlarda) havalandırma 208 939 manata, stansiyanın (maşın zalında, inzibati otaqlarda və s) santexnika 144 126 manata, stansiya üçün müxtəlif tip ehtiyat gərginlik qoşucularının və idarəetmə qutularının quraşdırılması 14 371 manata, stansiyada yerləşən Şah İsmayıl Xətainin memorial kompozisiyasının bərpası 14 940 manata, kassa zalı səviyyəsində asma dartma tavanının və karniz elementlərinin işıqlanma sistemi ilə birlikdə quraşdırılması 54 101 manata, stansiyanın təmir-tamamlama və yerüstü vestibülünün fasad şəbəkə elementlərinin sökülməsi, bərpası və yenidən quraşdırılması 93 711 manata, stansiyanın sağ tunel və pilon hissədə alüminium vərəqələrdən çətirin sökülməsi, müəyyən hissəsinin bərpa edilməsi və yerinə quraşdırılması işləri 76 912 manata, stansiyada aparılan yenidənqurma işlərinin fasiləsiz video çəklişin aparılması xidməti 35 446 manata başa gəlib.
Yuxarıdakı iş və xidmətlərin satın alınmasına isə toplam olaraq 2 016 165 manat xərclənib.