USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət Miqrasiya Xidmətinin rəisi Türkiyə ilə viza rejiminin ləğvinə - MÜNASİBƏT

13.09.2019 İqtisadiyyat
0 0
"Türkiyə vətəndaşlarına tətbiq olunan viza onsuz da sadələşdirilmiş viza qaydası idi, yəni hava limanında əldə edilirdi. Amma indi ona sərf edilən 5-10 dəqiqəlik vaxt, hansısa bir bürokratik maneə də aradan götürülüb və bu şəxslər artıq rahat qaydada ölkəmizin bütün sərhəd nəzarət buraxılış məntəqələrindən keçə bilərlər".

"Kmmersant.az" xəbər verir ki, bunu Türkiyə ilə viza rejiminin ləğvinə münasibət bildirən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.

Xidmət rəisi jurnalistlərə açıqlamasında qeyd edib ki, viza rejiminin ləğvi miqrasiya prosesinin asanlaşması deməkdir:

"Bu razılaşmaya əsasən, Türkiyə vətəndaşları 30 gün müddətində Azərbaycanda ola bilərlər. Azərbaycan vətəndaşları Türkiyəyə rahat səfər edə bilir, eyni qaydada Türkiyə vətəndaşları da rahat şəkildə ölkəmizə səfər edə bilirlər. Heç bir problemli məqam yoxdur. Azərbaycanın aidiyyəti orqanlarının vəzifələri də hər hansı narahatlıq yaradan məqam olarsa, bunun qarşısını almaqdır. Bu gün üçün hər şey qaydasındadır". (APA)