USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfər Mehdiyevdən 4,2 milyardlıq proqnoz

13.09.2019 İqtisadiyyat
0 0
2019-cu ildə Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 4,2 milyard manatı keçə bilər.

"Kommersant.az" "Trend"ə istinadən xəbər verir ki, bunu Komitə sədri Səfər Mehdiyev "Kölgə iqtisadiyyatı ilə mübarizə iqtisadiyyatın inkişafının vacib amili kimi" adlı konfrans zamanı deyib.

Onun sözlərinə görə, Komitə 2019-cu ildə büdcəyə gömrük daxilolmaları ilə bağlı proqnozu 500 milyon manat daha çox icra etməyi planlaşdırır:

"Bu il üçün gömrük daxilolmaları üzrə proqnoz 3 milyard 702,6 milyon manat təşkil edir. Bu, 2018-ci illə müqayisədə 1,3 milyard manat çoxdur".