USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Şahdəniz” qazının ixracı 32% artıb

16.09.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 17 862,5 mln. kubmetr qaz nəql edilib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,8% artım müşahidə olunub. Qazın nəqlinin 36,9%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Hesabat dövründə bu kəmərlə 6 587,3 mln. kubmetr qaz ötürülub ki, bu da ötən ilin müvafiq dövründən 32% çoxdur.

Qeyd edək ki, Cənubi Qafqaz boru kəməri ilə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Gürcüstana və Türkiyəyə nəql edilir.