USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyanın 6 iri şəhərində Azərbaycanın turizm potensialı təbliğ ediləcək

18.09.2019 İqtisadiyyat
0 0
Sentyabrın 19-26-da Azərbaycan Turizm Bürosu (ATB) Rusiyanın Novosibirsk, Sankt-Peterburq, Ulyanovsk, Kazan, Ufa, Yekaterinburq şəhərlərində silsilə seminarlar keçirəcək.

"Kommersant.az" xəbər verir ki, Rusiyanın tanınmış turizm şirkəti "Mouzenidis Travel" şirkəti ilə birgə təşkil edilmiş seminarlar zamanı iştirakçılara Azərbaycanın turizm potensialı, tarixi məkanları, yerli turizm marşrutları, hotelləri, həmçinin milli mətbəxi barədə ətraflı məlumatlar veriləcək və onların maraq doğuran sualları cavablandırılacaq.

Silsilə seminarların keçirilməsinin əsas məqsədi Azərbaycanın turizm imkanlarının Rusiya Federasiyasında təbliğ ərazilərini daha da genişləndirmək və Rusiyadan ölkəmizə gələn turistlərin sayını artırmaqdır.

Qeyd edək ki, 2018-ci ilin dekabrından etibarən Moskvada Azərbaycanın rəsmi turizm nümayəndəliyi fəaliyyət göstərir.

2019-cu ilin yanvar-avqust dövründə Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 653 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə nisbətdə 53% artım deməkdir. (Report.Az)

  • Əvvəlki

    Məktəbli formasında olan uşaqdan gediş haqqı alınmasın - TƏKLİF

Digər xəbərlər