USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BNA-nın SİRRİ AÇILDI — Avtomobillərin şəklini buna görə ÇƏKİRMİŞLƏR - FOTO

18.09.2019 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyinin (BNA) adı dəyişdirilib, "Fujifilm" qoyulmalıdır. Çünki bu qurum bütün fəaliyyət istiqamətlərini unudub, yalnız şəkil çəkməklə məşğuldur!"

"Kommersant.az" bildirir ki, bu fikirləri "Ölkə.Az"-a açıqlamasında hüquqşünas Ruslan Əhmədoğlu səsləndirib. O, bildirib ki, BNA-nın əsas vəzifələri sürücü və piyadaların təhlükəsizliyini təmin etmək və mütamadi maarifləndirmə işləri aparmaqdır:

"Böyük ticarət mərkəzlərinin və iaşə obyektlərinin qarşısında ödənişli və ödənişsiz dayanacaqlar olmalıdır. BNA isə nə ödənişli dayanacaqlar yaradır, əksər hallarda isə durma dayanma qadağandır işarəsini tətbiq etməklə bilərəkdən ki, vətəndaşlar orada məcbur maşın saxlayacaqlar deyə, 24 saat şəkil çəkməklə məşğuldur. Cərimələrin müəyyən faizləri komissiya kimi BNA-ya qayıtdığı üçün qurum şəkil çəkmək məsələsində çox maraqlıdır. Hətta gecə vaxtları nəqliyyatın umumiyyətlə intensiv olmayan vaxtlarında heç bir maneə yaratmayan nəqliyyat vasitələrini də cərimə edir. Bu isə vətəndaşlara kömək yox, onları incitməkdir".
Qeyd edək ki, son bir neçə ay ərzində bir sıra tanınmış sima BNA-nın fəaliyyətindən narazı qalması barədə açıqlama verib.

  • Əvvəlki

    Sosial şəbəkədən çox istifadə edənlər üçün “Nar”dan əla fürsət

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0