USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İmişlidə yol tikintisinə 5,8 milyon manat ayrılıb

01.06.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyev İmişli rayonunun İmişli-Yalavac-Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Kommersant.Az"ın məlumatına görə, iyirmi altı min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən İmişli–Yalavac–Rəsullu–Göbəktala–Şahverdili–Bəhrəmtəpə–Qaragüvəndikli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon (beş milyon səkkiz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

  • Əvvəlki

    Bakı Nəqliyyat Agentliyinin uşaqların təhlükəsiz hərəkəti üçün başladığı layihə yekunlaşıb

Digər xəbərlər