USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə "Uber"in biznesi başa çatdı

02.06.2018 İqtisadiyyat
0 0
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü bəyan edib ki, "Uber" özəl daşıma sistemi daha ölkədə fəaliyyət göstərməyəcək.

Türkiyə lideri bu bəyanatla İstanbulda iftar zamanı çıxış edib.

"Bizim öz şəxsi taksi sistemimiz var, biz özəl taksi sisteminin Türkiyə taksiçilərinin biznesini korlamasına imkan verə bilmərik. "Uber"in biznesi başa çatdı, biz "Uber"lə bağlı özümüz qərar qəbul edəcəyik", - deyə nəşr prezidentin sözlərini sitat gətirib.

"Uber" Türkiyədə bir neçə il əvvəl fəaliyyətə başlayıb.