USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bolqarıstanın baş naziri TANAP-ın rəsmi açılış mərasimində iştirak edəcək

02.06.2018 İqtisadiyyat
0 0
Türkiyənin baş naziri Binəli Yıldırım Bolqarıstandan olan həmkarı Boyko Borisovu Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) rəsmi açılış mərasiminə dəvət edib.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Türkiyə hökuməti məlumat yayıb.

Məlumata görə, iki ölkənin baş nazirləri arasında telefon danışığı olub və Bolqarıstan tərəfi açılışda iştirak etməyə dəvət olunub. B.Borisov dəvəti qəbul edib.

Xatırladaq ki, TANAP-ın açılışı iyunun 12-də Əskişəhərdə olacaq.