USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünya fond bazarlarında əsas indeks göstəriciləri yüksəlib

10.10.2019 İqtisadiyyat
0 0
Oktyabrın 9-da Amerika fond bazarında Dow Jones indeksi 0,70% – 26 346,01 bəndədək, S&P 500 0,91% – 2 919,40 bəndədək, Nasdaq isə 1,02% – 7 903,74 bəndədək yüksəlib.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında oktyabrın 9-da FTSE 100 indeksi 0,33% – 7 166,50 bəndədək, Almaniya DAX-ı 1,04% – 12 094,26 bəndədək, Fransa CAC-40 isə 0,78% – 5 499,14 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,22% artaraq 1 514,5 dollara bərabər olub.

Oktyabrın 9-da dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,16% artaraq 1,097 dollar təşkil edib.