USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Aqrolizinq” səhmdarlarının ümumi yığıncağı təxirə salınıb

02.06.2018 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin səhmdarlarının iyunun 4-ü, saat 15:00-a təyin olunmuş ümumi yığıncağı iyulun 4-nə keçirilib.

"Kommersant.Az" bu barədə quruma istinadən xəbər verir.

Qeyd edək ki, yığıncaq Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 40 ünvanında (Hökumət Evində) olacaq. Yığıncağın gündəliyinə səhmdar cəmiyyətin nizamnamə kapitalının 160 mln. manat və yaxud 28,5% artırılaraq 721 627 540 manata çatdırılması məsələsi daxildir. Bunun üçün "Aqrolizinq"in dövriyyədə olan 2 manatlıq nominal dəyərə malik səhmlərinin sayı 280 813 770-dən 360 813 770-ə çatdırılacaq.