2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində 111 nəfər məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.
"Kommersant.az"-ın məlumatına görə, bunu "Bakı təhsili: Uğurlar və hədəflər" mövzusunda təşkil olunmuş konfransda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev bildirib.
Onun sözlərinə görə 2018-2019-cu tədris ilində və yeni dərs ili ərəfəsində dörd direktor işdən çıxarılıb:
"Tədris ilində 192, 71, 162, 123 nömrəli məktəblərin direktorları bağlanmış əmək müqaviləsi (öz ərizəsi əsasında, işdə yol verdiyi nöqsanlarlara əlaqədar və sairs.) ləğv edilib".
R.Tağıyev bildirib ki, 2019-2020-ci tədris ili ərəfəsində Təhsil Nazirliyi tərəfindən çalışmanın yaş hədinə çatmış 27 məktəb direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb.
Bu 1, 10, 14, 20, 27, 52, 96, 122, 130, 135, 157, 160, 203, 204, 217, 223, 229, 239, 256, 264, 267, 269, 271, 278, 322, 103 və 268 saylı tam orta məktəblərdir. 10 məktəb direktorunun - 93, 25, 29, 70, 107, 221, 260, 301, 194 və 116 əmək münasibətlərinə xitam verilib".
"İdarənin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1572 işçidən 995 nəfərlə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib", - deyə BŞTİ-nin müdiri qeyd edib.