USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ən fəal diaspor sədri” sorğusuna start verildi

02.06.2018 İqtisadiyyat
0 0
“Ən fəal diaspor sədri” sorğusu ilə əlaqədar olaraq səsvermə başlayıb.

"Kommersant.Az" Yeniçağa istinadən xəbər verir ki,Azərbaycan öz iqtisadi və hərbi potensialına və uğurlu xarici siyasətinə görə, regionda lider ölkəyə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan düzgün, məqsədyönlü siyasət və bu siyasətin tərkib hissəsi olan diaspor siyasəti öz müsbət nəticəsini verməkdədir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız güclü, qüdrətli bir dövlətə çevrilib. Dövlətimizin gücü həm də xaricdə yaşayan soydaşlarımızdan aslıdır. Dünyanın dörd bir yanına səpələnmiş həmyerlilərimiz ölkəmizin maraqları uğrunda ciddi işlər görməkdədirlər. Sevindirici haldır ki, bir çox həmyerlimiz xaricdə güclü diaspor və lobbi təşkilatları qurmağı bacarıblar. Onlardan bəziləri Azərbaycan üçün real olaraq ciddi işlər görməkdədirlər.

Azərbaycan Diasporu İnformasiya Mərkəzi və Azərbaycanın ilk ixtisaslaşdırılmış diaspor saytı olan "Diaspor.az" xəbər saytı "Hansı diaspor sədri Azərbaycan adına böyük işlər görür?" başlığı ilə sorğuya start verib.

Sorğunun əsas məqsədi dünya azərbaycanlılarının diqqətini bir mərkəzə yönəltmək, görülən işlərə qiymət vermək, tanınmış ziyalılarımızı və diaspor liderlərini həmvətənlərimiz arasında təbliğ etməkdən ibarətdir.

Sorğuda ən fəal 15 diaspor sədri iştirak edəcək və qalib olan diaspor sədrinə xatirə olaraq "İlin ən uğurlu diaspor lideri" plaketi və qızıldan hazırlanmış döş nişanı veriləcək.

Qeyd: Səsvermə iyunun 1-dən 30-na qədər davam edəcək. Son səsvermə tarixi iyunun 30-da saat 00:00-da bitəcək.

Sorğuda iştirak edən diaspor sədrləri aşağıdakılardır:

1) Sahil Qasımov – Avropa Azərbaycanlıları Konqresinin sədri
2) Mirvari Fətəliyeva – "Paris Azərbaycan Evi"nin rəhbəri
3) İlhan Aşkın – Niderland Azərbaycan -Türk Mədəniyyəti Dərnəyinin rəhbəri
4) İslam Hüseynov – Ulyanovskidə Azərbaycan diasporunun sədri
5) Araz Mürsəliyev – Rusiyada "Xalqlar dostluğu" Xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini
6) Uğur Əfəndiyev – Solikamskidə Azərbaycan diasporunun sədri
7) Çingiz İsayev – Perimdə Azərbaycan diasporunun sədri
6) Rövşən Tağıyev – Ukrayna Azərbaycanlıları Konqresinin sədri
9) Hikmət Cavadov – Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri
10) Mobil Məmmədov – Özbəkistanda Azərbaycan diasporunun sədri
11) Natiq Bağırov – Belarus Azərbaycan İcmaları Konqresinin rəhbəri
12) Vüqar Novruzov – Moldova Azərbaycanlıları Konqresinin sədri
13) Arzu Oktay – Finlandiya – Azərbaycan Assosiasiyasının sədr
14) Orxan Həsənoğlu – Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri
15) Şahin Şıxlı – Yekaterinburqda Azərbaycan diasporunun sədri