Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 16 871,2 mln. manat, xərcləri isə 16 690,6 mln. manat təşkil edib.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, büdcənin icrasında 180,6 mln. manatlıq və ya ÜDM-in 0,3%-i qədər profisit yaranıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 781,5 mln. manat və ya 4,8%, xərcləri 1 024,6 mln. manat və ya 6,5% artıb, profisit isə 2,3 dəfə azalıb.