USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Petrobras”ın baş icraçı direktoru istefa verib

02.06.2018 İqtisadiyyat
0 0
Braziliyanın dövlət neft şirkəti “Petrobras”ın baş icraçı direktoru istefa verib.

"Kommersant.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, yük maşını sürücüləri və neftçilərin Braziliyada dizel yanacağının artan qiymətinə etiraz etmək məqsədilə keçirdiyi aksiyadan sonra "Petrobras"ın baş icraçı direktoru Pedro Parente istefa verib. O, hökumətin neftin qiyməti ilə bağlı aparacağı siyasətdə irəliləməyə kömək edə biləcəyini düşünmədiyi üçün istefa etdiyini açıqlayıb.

10 gündən çoxdur ki, Braziliyada dizel yanacağının qiymətinin bahalaşması ilə bağlı tətillər keçirilirdi. Mayın 23-dən başlayan etiraz aksiyalarının təxminən 3 milyard dollar itkiyə səbəb olduğu təxmin edilir.

Ölkədə dizel yanacağının qiyməti 2016-cı ildən etibarən ikiqat artıb.