USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan əhalisinin gəlirləri artıb

18.10.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,7% artaraq 42 202,7 mln. manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 4 266,2 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 38 720,1 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,6% çox vəsait qalıb.