“Azərbaycanda elektroenergetika sahəsində köklü islahatlar aparılır və bu islahatlar davam etdiriləcək”.
"Kommersant.az" xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, energetika sahəsinin inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir və bu istiqamətin inkişafına dair çox işlər aparılmaqdadır: "Bunun nəticəsi kimi, son 10 ildə ölkədə elektrik enerjisinin istehsalı 18% artıb".
P. Şahbazov qeyd edib ki, aparılan işlər nəticəsində enerji itkiləri 22,6%-dan 10,5%-dək düşüb: "Respublikada enerji istehsalının istehsalı artmaqdadır. Bu ilin 9 ayının nəticələrinə görə elektrik enerjisinin istehsalı 3,6% artıb. 2020-2021-ci illərdə bu göstəricinin müvafiq olaraq 8 və 10% artacağı gözlənilir".