Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti bir neçə gün öncə Bakının Nərimanov rayonunda SOCAR-ın Elmi-Tədqiqat İnstitutunun yanındakı səkidə quraşdırılan kitab köşkünün sökülməsi ilə bağlı açıqlama verib.
Departamentdən Report.az-a daxil olan açıqlamada bu tip təşəbbüslərin, layihələrin dəstəkləndiyi vurğulanıb.
"Bu tipli təşəbbüsləri rəsmi prosedur qaydalarına əməl etdikdən sonra dəstəkləyirik", - deyə məlumatda bildirilib.