Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində müəyyən tədbirlər həyata keçirilib.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Xəbərə görə, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində sarı kəsişmə toru təşkil edilib, nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib. Bundan başqa, yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.