Nazirlər Kabinetinə gələn il üçün ayrılacaq vəsaitin məbləği məlum olub.
"Kommersant.az" xəbər verir ki, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfində qeyd edilib ki, Nazirlər Kabinetinə 12 milyon 722 min 766 manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.