USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xırdalanda yeni qaz kəməri istifadəyə verilib

25.10.2019 İqtisadiyyat
0 0
Abşeron rayonu Müşfiqabad Qaz Paylayıcı Stansiyasından Xırdalan şəhərinə gələn 2 800 m uzunluqda yeraltı 530 mm diametrində olan polad boru kəməri uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşüb.

Bu barədə "Kommersant.az"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, tez-tez qaz sızmaları baş verirdi və bu kəmər əhalini normal təzyiqdə qazla təmin etmək üçün çətinlik yaradırdı. Bu ilin avqust ayından həmin qaz kəmərinin diametri 400 mm olan polietilen borularla əvəz olunmasına başlanılıb.

Bildirilir ki, qaz kəməri 3 yerdə dəmir yolu, 1 yerdə Bakı-Şamaxı avtomagistralı və 3 yerdə Xırdalan şəhərinin daxili küçə avtomobil yolları ilə kəsişməklə yeraltı çəkilib. Bu gündən işə salınacaq yeni kəmər Xırdalan şəhərində 35 min abonentin və sənaye obyektlərinin normal təzyiqdə qazla təmin etməyə imkan verəcək.

  • Əvvəlki

    Azərbaycan bu göstəriciyə görə dünya birincisidir...

Digər xəbərlər

27.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
27.11.2024 İqtisadiyyat
Azərbaycan buğda idxalını azaldıb
0 0
27.11.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0