USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın neft ehtiyatları kəskin azalıb - PROQNOZ

30.10.2019 İqtisadiyyat
0 0
Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (21-25 oktyabr) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 708 min. barel azalaraq 436 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 494 min barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızılın" qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.