Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edib.
"Kommersant.az" xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin oktyabr sayında göstərilib.
Hesabat dövründə İdarənin qeyri-neft sektoru üzrə ixracı 177,4 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 142,4 mln. dollar olub.
Bu siyahıda növbəti yerləri "Azəralüminium" MMC (87,6 mln. dollar) "Azərenerji" ASC (62,8 mln. dollar), "Azergold" QSC (56,1 mln. dollar), "Azərbaycan Hava Yolları" QSC (18,9 mln. dollar) "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC (18 mln.dollar), "CTS-Agro" MMC (5,8 mln. dollar), "Azərikimya" (2 mln. dollar), "Azərtütün Aqrar Sənaye Kompleksi" (1,6 mln. dollar), Bakı Neft Maşınqayırma Zavodu" ASC (666,5 min dollar) bölüşdürür.