Sterlinq, İngiltərə Mərkəzi Bankının (BoE) faiz dəyişikliyinə getməməsinin ardından düşərək bir həftədən uzun bir müddətin ən aşağı səviyyəsinə geriləyib. Bankın İdarə heyətinin iki üzvü Brexit qeyri-məyyənliyi və qlobal iqtisadi yavaşlamayı işarə edərək faiz endirimi istiqamətində səs veriblər.
Sterlinq/dollar məzənnəsi 0.3% düşüərək 1.2818 səviyyəsinə geriləyib, bu 29 Oktyabrdan bu yana görülən ən aşağı səviyyədir. Məzənnə gün içində 1.2878-ə qədər yüksəlmişdi.