USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə qiymətlər gözlənildiyindən daha çox artıb

04.06.2018 İqtisadiyyat
0 0
Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, ölkədə inflyasiya ötən ilin may ayı ilə müqayisədə 12,15 faiz yüksəlib. Aprel ayı ilə müqayisədə isə inflyasiya Mayda 1,62 faiz artıb.

"Kommersant" xəbər verir ki, aylıq inflyasiyanın 1.45%, illik inflyasiyanın 11.95% olması gözlənilirdi. Apreldə 12.24% olan baza inflyasiya Mayda 12.64%-ə yüksəlib.

İstehsalçı qiymətləri indeksi aylıq 3.79, illik 20.16% artıb. illik artım 2003-cü ilin Avqust ayından bəri ən yüksək səviyyə kimi qeydə alınıb. (marja)