Noyabrın 9-da Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində "Azəriqaz” İstehsalat Birliyi də həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işlərini icra edəcək.
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılıq da əldə olunub.