USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti 2 günün hava proqnozu açıqlandı

04.06.2018 İqtisadiyyat
0 0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Kommersant"a bildirib ki, iyun ayının 5-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir:

"İyun ayının 5-i gündüz yağışın tədricən kəsiləcəyi, hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu bölgələrdə 27-32 dərəcə isti təşkil edəcək".

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yaxın iki gün ərzində hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: "Lakin iyunun 5-i günün birinci yarısında qısamüddətli yağış yağacağı ehtimal olunur"

Mütəxəssis qeyd edib ki, növbəti günlərdə ölkə ərazisində şərq küləyinin üstünlüyü müşahidə olunacaq.