USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yanacağın bahalaşması ilə bağlı SOCAR-dan açıqlama - VİDEO

13.11.2019 İqtisadiyyat
0 0
Evlərdə istifadə olunan LPG qazı 45 qəpiyə satılacaq

Azərbaycan Dövlət Neft Şirkəti məişətdə maye qazdan istifadə edən əhali qrupunun ehtiyacını nəzərə alaraq, bu məhsulun əvvəlki qiymətlə istehlak bazarına təmin olunması barədə razılıq əldə edib. LPG qazı hazırda ölkəmizdə əsasən avtomobillərdə yanacaq kimi istifadə olunur, həm də bəzi evlərdə məişətdə istifadə olunmaqdadır. Bu məhsulun satışını təchizatçı şirkət həyata keçirir və həmin şirkət məhsulun bir hissəsini SOCARda alır, lakin əsas hissəsini isə xaricdən idxal edir.

Ibrahim Əhmədovun sözlərinə görə bazarda maye qazı çatışmazlığı əsasən bu məhsula olan tələbatın sürətli şəkildə artması ilə əlaqədardır. Maye qaz və ya LPG və yaxud da butan propan fraksiyaları əsasən kimya sənayesində xammal kimi istifadə olunur.

Bu da Azərbaycanda kimya sənayesində baş verən sıçrayışla əlaqədardır. Beləliklə SOCAR-ın istehsal etdiyi LPG və ya maye qaz əsasən kimya sənayesində istifadə olunur.

Bundan başqa İbrahim Əhmədov biıldirdi ki, həm Heydər Əliyev adına neft emalı zavodunda həm də Azərkimya zavodunda dövri təmir işləri başa çatdıqdan sonra istehsal olunan maye qazı əsasən kimya sənayesinin tələbatına yönləndiriləcək, o cümlədən ölkədə istehsal həcmlər əhalinin məişətdə olan tələbatına yönləniriləcək və balonlarda güzəştli qiymətə 45 qəpiyə satılacaq. Xaricdən idxal edilən həcmlər isə avtonəqliyyatın yanacaq kimi istifadəsinə təchizatçı şirkət tərəfindən təmin ediləcək.

  • Əvvəlki

    Sahil Babayev işsizlikdən sığorta haqqı almağın şərtlərini açıqladı

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0