USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dövlət şirkətləri büdcəyə nə qədər vəsait ödəyiblər?

04.06.2018 İqtisadiyyat
0 0
Ötən il dövlət mülkiyyətində olan vergi ödəyicilərinin vergi və digər icbari öhdəlikləri üzrə büdcə ödənişlərinin azalması əsasən üç mənbə hesabına baş verib.

"Kommersant" Hesablama Palatasının 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabatına istinadən bildirir ki, 2016-cı illə müqayisədə 2017-ci ildə daxilolmaların həcmi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sisteminə daxil olan müəssisələr üzrə 38 milyon 984,9 min manat təşkil etməklə 23,4% (11 milyon 916,2 min manat), "Azərenerji" ASC üzrə 61 milyon 940,2 min manat təşkil etməklə 74,2% (178 milyon 511,7 min manat), "Xəzər Dəniz Gəmiçiliyi" QSC üzrə 46 milyon 819,3 min manat təşkil etməklə 30,2% (20 milyon 234,3 min manat) azalıb.