USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir xidmət "ASAN xidmət"ə verilir

16.11.2019 İqtisadiyyat
0 0
“İstilik şəbəkələrinə qoşulma və istilik enerjiindən istifadə üçün texniki şərtlərin verilməsi qaydaları” “ASAN xidmət”ə verilir.

Bunu Oxu.Az-a açıqlamasında "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, yaxın gələcəkdə texniki şərtlərin "ASAN xidmət"ə verilməsi nəzərdə tutulur:

"Hazırda bu istiqamətdə işlər aparılır. Bununla bağlı bir sıra texniki məsələlər həll edilməlidir. Əməkdaşlarımızın orada yerləşdirilməsi, onların müqaviləsi və başqa məsələlər həll olunmalıdır. Daha sonra bu şərtlər "ASAN xidmət"ə veriləcək".

İ.Mirzəliyev bildirib ki, il ərzində texniki şərtlərlə bağlı "Azəristiliktəchizat" ASC-yə müraciətlərin sayı çox az olur, bu rəqəm 10-12-dir.

Sədr müavini binalara isti su təchizatının verilməsindən də danışıb:

"Bu, çox böyük bir məsələdir. Biz bu gün 300-ə yaxın binanı artıq isti su ilə təmin edirik. Binalara isti su təhcizatının verilməsi üçün qazanxalarda əlavə güc yaradılmalıdır, isti suyun daşınmasına görə xətlər çəkilməlidir. Bunlar texniki cəhətdən mümkündür, sadəcə, vəsaitlə bağlı məsələlər həll edilməlidir".

İ.Mirzəliyev qeyd edib ki, binalarda isti su təchizatı 3-5 il sonra mümkün ola bilər.

  • Əvvəlki

    Ən çox problem yaradan avtomobil markaları

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0