Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 826,7 mln. manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 26,5%, rezin və plastik kütlə məmulatlarının istehsalında 22,7%, əczaçılıq məhsullarının istehsalında isə 20,8% artıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı 77,8%, propilen istehsalı 59,2 %, etilen istehsalı 14,5%, yod istehsalı 4% artıb. Butullar, butulkalar və tutumu 2 litrdən çox olmayan oxşar plastik məmulatların istehsalı 2,3 dəfə, plastik boruların istehsalı 2,1 dəfə artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri
2019-cu ilin yanvar-oktyabr aylarında istehsal edilib
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %
Azot, min kub metr
18 931,5
94,5
ondan əmtəəlik
788,6
42,2
Yod, ton
161,5
104
Oksigen, min kub m
2 953,7
71,5
ondan əmtəəlik
2 902,5
73,3
Propilen, min ton
74,7
159,2
ondan əmtəəlik
74,4
184,6
Polietilen, min ton
85,5
102,8
Etilen, min ton
98
114,5
Metanol (metil spirti), min ton
323
193,6
Lak-boya məmulatları, ton
20 653,8
177,8
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton