Bu ilin noyabrın 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 196,9 min nəfər olub ki, onlardan 4 945,1 min nəfəri məşğul əhali təşkil edib.
"Kommersant.az" xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,11%, məşğul əhalinin sayı isə 1,18% artıb.
2019-cu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 78,7 min nəfər olub ki, onların 36,1%-i qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 286,5 manat olub. (Apa.Az)