USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azza" 99 baş südlük inək aldı

04.06.2018 İqtisadiyyat
0 0
İsmayıllı rayonunun Keyvəndi kəndində “Azza-aqro” şirkəti tərəfindən tikilən 1500 başlıq müasir heyvandarlıq kompleksinə “Aqrolizinq” ASC-nin xətti ilə Almaniyadan holşteyn-friz cinsindən olan 99 baş südlük inək gətirilib.

"Kommersant" xəbər verir ki, rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, kompleksə daha 200 baş heyvanın gətirilməsi planlaşdırılır.

Gətirilən inəklərdən qan nümunəsi alınaraq bruselyoz xəstəliyinə görə seroloji müayinə və dabaq xəstəliyinin A-0-Asiya-1 tiplərinə qarşı profilaktik peyvənd aparılıb.

Qeyd edək ki, heyvandarlıq kompleksinin inşasının birinci mərhələsi başa çatıb. İlk mərhələdə 300 başlıq tövlələrdən biri istifadəyə verilib. İstifadəyə verilən, hazırda gətirilən inəklərin saxlandığı tövlədə, habelə sağım və doğum məntəqələrində bütün lazımi avadanlıqlar quraşdırılıb. Buzovların saxlanması üçün beton örtüklü meydançanın inşası da başa çatdırılıb. Kompleksdə, habelə yem emalı üçün avadanlıqlar da quraşdırılıb. (marja)