USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“WhatsApp” bu telefonlarda işləməyəcək

22.11.2019 İqtisadiyyat
0 0
"WhatsApp” messencerinin "Windows Phone” və "Windows 10 Mobile” əməliyyat sistemləri üçün versiyasının buraxılışı dekabrın 31-də tam dayandırılacaq. Bu barədə "Microsoft” korporasiyasının saytında deyilir.

"WhatsApp" nümayəndələrinin sözlərinə görə, onlar hazırda "Microsoft" mobil platformaları üçün messencerin yeni versiyalarının hazırlanması ilə məşğul olmurlar. "WhatsApp"ın "Microsoft" əlavələr mağazasında ləğv edilməsi ilə əlaqədar "Windows" sistemli smartfona quraşdırılan proqramdan istifadə mümkün olmayacaq.

Bildirilir ki, "Windows Phone" və "Windows 10 Mobile" ilə yanaşı, 1 fevral 2020-ci ildən etibarən "WhatsApp" messencerinin "Android 2.3.7" və "iPhone iOS 7" (və daha köhnə versiyalar) sistemləri üçün dəstəklənməsi dayandırılacaq.

Məlumata görə, "Windows 10 Mobile" üçün istifadəçi dəstəyi 10 dekabr 2019-cu ildə başa çatacaq. Həmin tarixdən etibarən "Microsoft" korporasiyası tərəfindən ümumistifadəli yenilənmə və ya düzəlişlərin buraxılışı dayandırılacaq. "Windows" sistemli smartfon istifadəçilərinə dəstəklənən "iOS" və "Android" qurğularına keçmək tövsiyə olunur.

Qeyd edək ki, "Windows Phone 8.1" sisteminin yeni versiyaları 11 iyul 2017-ci ildən buraxılmır. /İctnews

  • Əvvəlki

    Azərbaycanda sahibkar qadınların sayı açıqlandı

Digər xəbərlər

05.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
05.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
04.02.2025 İqtisadiyyat
Lirə rekord səviyyədə ucuzlaşdı
0 0
04.02.2025 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
04.02.2025 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0