USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Fitch” qlobal avtomobil satışlarında rekord azalma proqnozlaşdırır

26.11.2019 İqtisadiyyat
0 0
"Fitch Ratings” agentliyi bu il dünyada minik avtomobillərinin satış dinamikasına dair yenilənmiş proqnozunu dərc edib.

2019-cu ildə dünyada təxminən 77,5 mln. avtomobil satılacaq ki, bu da 2018-ci ilə nisbətən 4,2% və ya 3,1 mln. avtomobil azdır.

"Fitch"in mütəxəssisləri qeyd edir ki, faiz nisbətində 2008-ci ildəki 5%-lıq enmə 2019-cu ildə gözlənilən azalma (-4%) ilə müqayisədə daha yüksək olsa da, say baxımından builki satışların azalması 2008-ci illə müqayisədə daha yüksək olacaq. (APA-Economics)