USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AÇG-dən 500 mln ton neftin hasil olacağı gözlənilir - "BP-Azerbaijan"

27.11.2019 İqtisadiyyat
0 0
Bu ilin sonuna Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasil olunan neftin həcminin 500 mln.ton olacağı gözlənilir.

"Kommersant.az" xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə bildirib: "Bu ilin gözlənilən əlamətdar hadisələrindən biri də ilin sonuna doğru AÇG-dən 500 mln ton neftin hasilatıdır. Təbii ki, bu hasilat tempinə bağlıdır. İlin sonu və ya gələn ilin əvvəlində ola bilər. Bu, AÇG-nin 25 illiyi qədər əhəmiyyəti olan hadisədir".

O, həmçinin qeyd edib ki, yataqlar blokunun gələn il üzrə iş planı və büdcəsi Hasilatın Pay Bölgüsü sazişi üzrə rəhbər komitə (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti - ABƏŞ) tərəfindən təsdiqlənib.

B.Aslanbəyli "Şahdəniz" qaz kondensat yatağı üzrə də bu il hasilat göstəriciləri planının tam yerinə yetirildiyini qeyd edib: "Növbəti ilin planı artıq SOCAR-la danışılıb. Növbəti ilin hasilat rəqəmləri üzərində iş gedir".

Xatırladaq ki, Azəri və Çıraq yataqlarından, habelə Günəşli yatağının dərin hissəsindən hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair fərqli saziş imzalanıb. Həmin sazişdə iştirakçıların payları aşağıdakı kimidir: BP 30,37%, AzACG (SOCAR) 25%, "Chevron" 9,57%, "İmpex" 9,31%, "Equinor" (keçmiş "Statoil") 7,27%, "ExxonMobil" 6,79%, TPAO 5,73%, "İtochu" 3,65%, ONGC "Videsh" 2,31%.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.

Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir. (Report.Az)

  • Əvvəlki

    Bibiheybətdə su problemi nə vaxt həll ediləcək? - AÇIQLAMA

Digər xəbərlər

26.12.2024 İqtisadiyyat
Neft bahalaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
26.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0