“ASAN xidmət”də onlayn hüquq xidmətinin həyata keçirilməsinə başlanılıb

Dövlət Agentliyindən "Kommersant"a verilən məlumata görə, vətəndaşlar e-hüquq kabinetlərinə yaxınlaşaraq onlayn şəkildə hüquq xidmətlərindən yararlana bilirlər.
Pilot layihə çərçivəsində ilkin olaraq Gəncə "ASAN xidmət" mərkəzində yaradılmış e-hüquq kabinetinin digər "ASAN xidmət" mərkəzlərində də təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində hüquqi yardım xidmətlərinin, həmçinin digər funksional xidmətlərin təşkil edilməsi "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 706 nömrəli Fərmanı ilə təsdiq olunub və ""ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"-nın 4.6-cı bəndində birbaşa nəzərdə tutulub.
Digər xəbərlər

Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib

Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
