USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Çinin açıqlamasından sonra kəskin ucuzlaşıb

30.11.2019 İqtisadiyyat
0 0
Çin, ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan "Honq Konq İnsan Haqları və Demokratiya Qanunu"nun tətbiq olunmasının iki ölkə arasında əhəmiyyətli sahələrdə əməkdaşlığı "baltalayacağını" açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, açıqlamanın ardından neft qiymətləri kəskin düşüb. Brent nefti 4,4% ucuzlaşaraq barelinin qiyməti 60,49 dollara geriləyib. ABŞ xam nefti isə 4,6% ucuzlaşaraq barelinin qitməti 55.42 dollara düşüb.

Dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət razılaşmasının imzalanacağı gözlənirdi. Əgər bu razılaşama baş tutmasa qlobal iqtisadiyyatın yeni böhrana daxil olacağı, neftə tələbin azalacağı və qiymətlərin daha da düşəcəyi dilə gətirilir.

Çin Xarici İşlər Nazirliyinin spikeri Gıng Şuang, təşkil etdiyi mətbuat konfransında, Trampın Honq Konqdakı nümayişlərdə tətbiq olunan güc və insan haqqları pozuntularına görə məsuliyyət daşıyan Çinli rəsmilərə sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini imzalamasına dair açıqlamalar verib.

Bir jurnalistin, "Donald Trampın qanunu imzalaması davam edən ticarət danışıqlarına təsir edəcəkmi?" sualına verdiyi cavabında Gıng, qanunun tətbiq olunması halında iki ölkə arasındakı əməkdaşlığı baltalayacağını bildirib. /"Marja"

  • Əvvəlki

    Sabahın hava proqnozu açıqlandı

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0