USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft Fondu valyutasatışını 1% azaldıb

03.12.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-noyabr aylarında Dövlət Neft Fondu (ARDNF) 5 707,5 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

"Kommersant.az" xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3% azdır.

Təkcə bu ilin noyabr ayında isə ARDNF-in valyuta satışının məbləği 539,8 milyon dollar təşkil edib. Bu isə ötən ilin noyabr ayına nisbətən 17,5% azdır.