USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il 3 "ASAN xidmət" mərkəzi açıla bilər

05.12.2019 İqtisadiyyat
0 0
"Gələn il Bakıda 2, regionlarda 1 ASAN xidmət mərkəzinin açılacağı gözlənilir".

Bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, paytaxtdakı "ASAN xidmət" Nərimanov rayonunda və Xətai rayonunda, Ukrayna dairəsi ətrafında olacaq.

C.Salmanov Sumqayıtdakı ikinci ASAN Xidmətin tikintisinə gələn il başlanılacağını vurğulayıb: "Sumqayıt böyük şəhərlərimizdən biridir və burada əhali sıxlığı var. Ona görə də xidmətlərə böyük tələbat mövcuddur. "Gənclik şəhəri"ndə yeni ASAN Xidmətin açılması şəhərdə vətəndaşlara daha operativ xidmətlərə ehtiyac var. Yəqin ki, tikintiyə gələn il başlanılacaq və 2021-ci ildə istifadəyə veriləcək". ("Report")

  • Əvvəlki

    Vergilər Nazirliyi 360 min manatlıq minik avtomobili aldı

Digər xəbərlər