OPEC, Cümə axşamı günü Viyanada keçirilmiş altı saatlıq çətin danışıqların ardından rəsmi istehsal hədəfinin azaldılmasına dair bir razılaşmaya yaxınlaşıb. "Marja" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Səudiyyə Ərəbistanının neft naziri Şahzadə Əbdüləziz bin Salman ilk yığıncaqdan sonra mətbuat mənsublarına verdiyi açıqlamada "Gözəl xəbər sabah" deyib.
Bu gün OPEC və OPEC-ə üzv olmayan ölkələrin nazirləri danışıqları davam etdirəcəklər.
Nümayəndələrə görə, dünən nazirlər günün erkən saatlarında gündəlik istehsal hədəfini 500 min barel də azaltmaq barədə prinsipdə razılaşıblar.