USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ən dərin neft quyusu azalıb

09.12.2019 İqtisadiyyat
0 0
Azərbaycanda ən dərin neft quyusunun qazılması planlaşdırılır.

Bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın "Total" şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib. Görüşdə iki şirkətin "Abşeron" layihəsisindəki əməkdaşlığı müzakirə edilib. Görüşdə bildirilib ki, "Abşeron" yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə qazılan quyuda işlər tamamlanıb. Qiymətləndirmə və hasilat üçün nəzərdə tutulan bu quyu 7411 metr dərinliyə qazılmaqla, hazırda Xəzər dənizində ən dərin quyudur.

"Total"ın hasilat üzrə prezidenti A.Breuillac qeyd edib ki, "Abşeron" yatağında həyata keçirilən bu layihə şirkətin son 10 ildə ən böyük kəşfidir. "Abşeron" yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biridir. Tərəflər, hər birinin 50 faizlik paya malik olduqları JOCAP birgə əməliyyat şirkətinin gələcəkdə layihənin idarəetməsini həyata keçirməsi fikrini təqdir ediblər.

SOCAR-ın prezidenti R.Abdullayev yataqların işlənilməsi və məhsulun reallaşdırılması üçün infrastrukturun əsas şərt olduğunu vurğulayaraq bildirib ki, hazırda Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktura malik olduğu üçün müxtəlif yataqlardan hasil edilən məhsulların xarici bazarlara çıxarılması mümkündür. Bu da "Abşeron" və digər yataqların işlənilməsində Azərbaycanın və SOCAR yaratdığı kommersiya üstünlüyü və layihənin gəlirliyinə təsir göstərən mühüm töhfədir.