USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazir Azad Rəhimov "qumar" məktubu yazdı

12.12.2019 İqtisadiyyat
0 0
Kim və niyə Topaz-dan yerli mediaya reklam istədi?

"Kommersant.az" bizimyol.info-nun xəbərinə görə, Gənclər və idman naziri Azad Rəhimov Mətbuat Şurasına uzun bir məktub yazıb. Məktubda "Bədən tərbiyəsi və idman haqqında" qanundan bol-bol sitatlar var. Nazir Rəhimovun istədiyi budur ki, yerli mediada mərc oyunları saytları reklam edilməsin.

"Bizimyol.info olaraq, biz onsuz da belə saytların reklamını vermirik. Ancaq "qonşu" xəbər portalları sən demə bundan böyük qazanc götürür. Hətta üç saytı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məhkəməyə verib bloklatmaq istəyir".

Mətbuat Şurasının İdarə Heyəti bu məsələni geniş müzakirə etdi. Axır söz də bu oldu ki, "GİN düz demir"; irəli sürdüyü tələb qanuna ziddir-filan. Və həmin Baş redaktorlar: "Onda Topaz bizə həmin ölçüdə reklam versin" dedi. Əsas da gətirdilər ki, xarici mərc saytlarının reklamı əslində oyunun özünün reklamı deyil: "Biz mərc oynatmırıq" dedilər. Bu mülahizəyə söykənərək itirəcəkləri reklam gəlirinin əvəzinə Topaz-dan reklam istədilər. Burda maraqlısı odur ki, bir yandan: "Topaz qumardır, burda oynayıb evini uduzan var, ailəsi dağılan, türməyə düşənlər var" deyildi, o biri yandan da Topaz-dan reklam istənildi. GİN bu məsələyə necə reaksiya verəcək-bilmirik. Öyrənməyə çalışacağıq.

Əgər bu oyunlar qanuna uyğundursa, oyunların saytları niyə reklam oluna bilməz?! Qanunidirsə, Topaz yerli mediaya reklam verməlidirmi? Və verəcəkmi? Qumardırsa, bizim ölkəmizdə qadağandır. Qadağandırsa, Azad Rəhimovun Nazirliyi onun maraqlarını niyə müdafiə edir?! Məsələ çox, qarışıqdır. Üstəlik, iclasda belə bir iddia da səsləndi ki, Topaz-ın arxasında "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanov dayanır. Bu iddia nə dərəcədə əsaslıdır - öyrənməyə cəhd edəcəyik. İstənilən halda qarışıq işdir.

Adı çəkilən tərəflərin mövqeyini öyrənməyə çalışacağıq.

  • Əvvəlki

    Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0