Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

12.12.2019
İqtisadiyyat
0
0
DİM-də dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə yeni test tapşırıqlarının istifadə olunacağı elektron sınaq imtahanı keçiriləcək.
DİM -dən bildirilib ki, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 2020-ci il 11 yanvar tarixində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat 11 yanvar saat 09:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegComkeçidinə daxil olmaq lazımdır.
Sınaq imtahanında yeni test tapşırıqlarından istifadə olunacaq.
Digər xəbərlər

14.03.2025
İqtisadiyyat
Kremlin sözçüsü Peskov: ABŞ Rusiya tərəfinə Ukrayna ilə bağlı əlavə məlumat verib
0
0

14.03.2025
İqtisadiyyat
Ötən il səyyar vergi yoxlamaları nəticəsində 530 mln. manat əlavə vergi hesablanıb
0
0

13.03.2025
İqtisadiyyat
Biotrend və Freepoint Eco-Systems plastik tullantıların təkrar emalı üçün əməkdaşlıq edir
0
0