USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İEA 2020-ci ildə neftə olan tələbatın artım proqnozunu açıqlayıb

12.12.2019 İqtisadiyyat
0 0
Beynəlxalq Enerji Agentliyi (IEA) 2020-ci ildə neftə olan tələbatın artım proqnozunu gündəlik olaraq 1,2 mln. barel səviyyəsində saxlayıb.

"Kommersant.az" xəbər verir ki, bu ilin üçüncü rübündə dünyada neftə olan tələbat 900 min barel artıb. 2019-cu ildə gündəlik tələb artım tempinin qiymətləndirilməsi də dəyişməz qalaraq 1 mln. barel olub.

Beləliklə, IEA 2019-cu ildə gündəlik qlobal neft istehlakının 100,2 mln. barel, 2020-ci ildə isə 101,5 mln. barel səviyyəsinə çatacağını gözləyir.

Bundan başqa, Agentliyin hesabatına görə, bu ilin dekabr ayında OPEC+ ölkələri tərəfindən elan edilmiş neft hasilatının azaldılmasının 500 min barel artırılması, 2020-ci ildə bazarda artıq neft qalıqlarını çıxarmayacaq.

Agentliyin hesabatına görə, gələn ilin birinci rübündə OPEC+ hasilatı azaldacağı təqdirdə, 2018-ci ilin oktyabr ayının səviyyəsindən gündəlik 2,1 mln. barel razılaşdırıldığı halda, kommersiya ehtiyatları gündəlik olaraq 700 min barel artacaq.

İnterfaks-Azərbaycan